Xəbər lenti

 
Batan flaqman Moskva gəmisinin armamentində digər silahlarla yanaşı əsas yeri 64 × S-300F zenit raketləri tuturdu. 
 
Bu gəmi Ukraynanın cənubundakı, əsasən də, Xersonda olan işğalçı Rus qüvvələrinə hava hücumundan müdafiə dəstəyini verirdi və güman edilir ki, əsas rolu oynayırdı. Belə bir hava qalxanının aradan götürülməsi ilə Xersona əks-hücum edən Ukrayna qüvvələrinin imkanları kifayət qədər artıb. Artıq ərazidə daha çox kəşfiyyat PUA uçuşları həyata keçirə bilən Ukraynanın dəqiq artilleriya zərbələrində də artım olduğu bildirilir.


 
Moskvanın batırılması Ukraynanın həmin regionda əl-qolunu açıb. Bir neçə gün “Bayraktar TB-2” ilə 2 ədəd Proyekt 03160/Raptor sinifi hücum qayığının vurulması, son zamanlar Odessa üzərində Ukrayna Su-27lərinin peyda olması da buna işarədir. Moskva sensorları və radarları 500 km məsafəyə qədər olan hava təhdidini izləyə bilirdi. Artıq bu, yoxdur.
 
ŞƏRQƏ BAXIŞ Analitik Mərkəzi


Ana səhifəyə qayıt        Baxış: 4 953          Tarix: 4-05-2022, 17:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma