44 günlük müharibədə Ermənistan ordusunun qorxulu kabusuna çevrilən Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri yenidən İrəvanda müzakirə mövzusuna çevrilib.
Publika.az xəbər verir ki, Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyanla hüquq müdafiəçisi Siranuş Saakyanın keçirdiyi birgə mətbuat konfransında Xüsusi Təyinatlı Qüvvələrimizdən bəhs edilib.
Siranuş Saakyan “Yaşma”nın (ermənilər adətən Azərbaycan XTQ-sini belə adlandırır) 6 min xüsusi təyinatlısının Ermənistanla sərhəddə və Qarabağda olduğunu iddia edib. Əlavə edib ki, bu qüvvələrin bölgədə aktiv fəaliyyəti Azərbaycanın planlarından xəbər verir.
“44 günlük müharibədən sonra “Yaşma” ilə yanaşı, Türkiyə ordusu modelində “Komando” birlikləri yaradıldı. Azərbaycan komandoları Hadrut və Kəlbəcərdə yerləşir. “Yaşma” xüsusi təyinatlılarının və komandoların hədəfi Qarabağda erməni hərbi birləşmələrini (separatçıların terrorçu dəstələri-red) məhv etməkdir. Azərbaycan bu hədəfini gizlətmir”, - Siranuş Saakyan iddia edib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda suverenliyimizə təhdid olan separatçıları və onların terrorçu dəstələrini məhv etmək üçün Ali Baş Komandandan əmr gözlədiyi sirr deyil.
Paylaş: