Xəbər lenti


Artıq neçə gündür ki, İsrail ordusu yüzlərlə tank və hərbi texnika ilə Qəzza zolağının qarşısında dayanıb, HƏMAS-ı quru hərəkatına başlayacağı ilə təhdid edir. Əvvəl bunun üçün 24 saat vaxt verilmişdi. 24 saat bitəndən sonra HƏMAS-a verilən möhlət saatbasaat artırıldı. Bu gün isə hava şəraitinin uyğun olmadığı əsas gətirilərək bir neçə günlük “fasilə” elan edildi. 

 

Bəs, doğrudanmı, İsraili quru hərəkatını keçməkdən yayındıran “hava müxalifəti”dirmi? Yoxsa, hərəkətsizliyin daha ciddi səbəbi var?

 

Zənnimizcə, Tel-əvivin bu müharibədən çəkinməsinin əsas səbəbi hərəkata başlayacağı anda “gözlənilməz sürprizlər”lə qarşılaşma ehtimalıdır. Belə ki, istər İran, istərsə də Livan “Hizbullah”ı  İsrailə açıq mesaj göndərərək, Qəzzaya hərbi müdaxilə etməməsi  barədə açıq təhdid ediblər. Əks halda onların da bu müharibəyə qoşulacağını bildiriblər. İsrail isə nəinki İrandan, hətta şimalında yerləşən şimalında yerləşən Hizbullahdan da çəkinir. Özü də indi yox, hardasa 5 il bundan əvvəl İsrail parlamentinin (Knesset) Təhlükəsizlik və Xarici əlaqələr Komissiyasının rəhbəri Avi Diçter öz hesabat xarakterli çıxışında bunu açıq şəkildə etiraf etmişdi.

 

Ovqat.com 05-05-2017 tarixli buraxılışında Avi Diçterin həmin çıxışının bəzi detallarını təqdim etmişdi. Yazını olduğu kimi yenidən diqqətinizə çatdırırıq.


Suriya, Rusiya, İran və Hizbullahın ortaq mənfəətləri var və bu çox narahatedicidir. Çünki bütün bu hadisələr İsrailə çox yaxın bir bölgədə meydana gəlməkdədir. Bu görə də İsrail və ona bağlı təhlükəsizlik təşkilatları həm rutin, həm də fövqəladə bütün hallara hazır olmalıdır”.

Ovqat.com xəbər verir ki, bunu İsrail parlamentinin (Knesset) Təhlükəsizlik və Xarici əlaqələr Komissiyasının rəhbəri Avi Diçter deyib.

Hizbullahın Suriyada ciddi döyüş təcrübəsi keçdiyini iddia edən Diçter bu təşkilatın artıq nizami bir ordu kimi formalaşdığını və mükəmməl hərbi taktikalara yiyələndiyini bildirib:

“Hizbullah artıq kiçik qrup deyil, hissə və batalyonlara sahib olan, hava və artilleriya imkanları əldə edən silahlı qüvvədir. Yüksək həssaslıq gücünə sahib silahları geniş şəkildə istifadə etməyi bacarır, Suriya, Rusiya və İran ordusuyla əməkdaşlıqlar qurur”.

O, Hizbullahla yaşanacaq növbəti müharibə ehtimalının əhəmiyyəti və forması baxımından indiyə qədərkilərdən xeyli fərqlənəcəyini düşünür:

“İsrail ordusu bu döyüş üçün plan və proqramlar ortaya qoymalıdır və mənim bildiyimə görə,  bu istiqamətdə lazımlı addımlar atılır. Ölkəmiz üçün narahat olmalıyıq. İsrailin Yeni Yaxın Şərqin şimalında yerləşdiyi aydındır və bu, bizim üçün heç yaxşı hal deyil”.

 




Ana səhifəyə qayıt        Baxış: 5 915          Tarix: 15-10-2023, 23:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma