
Yayın sonalra qədər ABŞ ordusunda II Dünya Mühariəsi dönəmindəki hərbi formalardan istifadəyə start veriləcək.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, faşizm üzərində qələbənin 75-ci ildönümündə ABŞ ordusunun illər öncəki formaya qayıdışı birmənalı qarşılanmayıb.
Mütəxəssislər bir qismi ABŞ orusunun 75 il əvvəlki “əsrarəngiz formaya” qayıtmasını keçmişə yönəlik nostalji kimi dəyərləndirsə də, məsələyə fərqli rakursdan yanaşanlar da az deyil. Bu qəbildən olan ekspertlər hesab edir ki, ABŞ-ın bu addımı Ağ Evin tarixi düşmənlərinə, xüsusilə də Rusiyaya yönəlik mesajıdır. Hansı ki, bu mesaj ABŞ orusunun faşizm üzərindəki qələbədəki roluna diqqət çəkməklə yanaşı, onun bu gün də belə böyük, qlobal müharibələrə hazır olduğunu göstərir.
Xatırladaq ki, 1944-cü ildə iyunun 6-da ABŞ generalı Duayt Eyzenhauerin rəhbərliyi ilə müttəfiq qüvvvələri Avropada faşist Almaniyasına qarşı ikinci cəbhə açıb və bununla da onu iki cəbhədə müharibə aparmaq məcburiyyəti qarşısına qoyub. Bu, tarixdə ən böyük desantçıxarma əməliyyatı hesab olunur.
Paylaş: