Xəbər lenti

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel ilə Rusiyanın nüvə sektoruna qarşı sanksiyaları müzakirə edib.

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Avstriyadakı səfiri Aleksandr Şerba bildirib.

Avqustun 7-də Zelenski Rusiyanın “nüvə terroru”na daha sərt cavab verməyə çağırıb. Ukrayna tərəfi bildirir ki, avqustun 5-i və 7-də Zaporojye AES-in atəşə tutulmasına görə Rusiya məsuliyyət daşıyır. Rusiya tərəfi insidentdə Ukrayna silahlı qüvvələrini günahlandırır. 

Zelenskinin sözlərinə görə, Zaporojye AES-dəki vəziyyətlə əlaqədar beynəlxalq ictimaiyyət Rusiyanın nüvə sənayesi və nüvə yanacağına qarşı sanksiyalar tətbiq etməlidir.

Avropa İttifaqının Rusiya uranına və nüvə sənayesinin digər məhsullarına qarşı sanksiyalar tətbiq etmək planları barədə aprel ayında "Politico" nəşri avropalı diplomatlara istinadən məlumat yayıb. Bununla belə, nə altıncı, nə də yeddinci məhdudiyyətlər paketi çərçivəsində Rusiyanın nüvə sənayesi sanksiyalara məruz qalıb. Bu müzakirələr fonunda mart ayında uranın qiyməti rekord səviyyəyə qalxıb.




Ana səhifəyə qayıt        Baxış: 3 097          Tarix: 8-08-2022, 22:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma