Xəbər lenti
Bu gün, 17:22
Bu gün, 16:18
Bu gün, 15:27
Bu gün, 14:51
Bu gün, 14:00
Bu gün, 12:13
Bu gün, 10:39
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
20-12-2024, 23:24
20-12-2024, 22:14
NATO-nun Qara dənizdə keçirdiyi “Sea Breeze” hərbi təlimləri başa çatıb.
Ovqat.com xəbər verir ki, Ukrayna Hərbi-Dəniz Qüvvələrinin komandanı kontr-admiral Aleksey Neijpapa bunu rəsmən elan edib.
"Sea Breeze-2021 təlimləri başa çatdı. Qarşıya qoyulan bütün vəzifələr tam həcmdə yerinə yetirildi", — deyə o, təlimin yekun mərasimində bildirib.
Sea Breeze-2021 təlimləri iyunun 28-də Qara dəniz regionunda başlamışdı. Tədbirdə 5 min hərbçi, 40 təyyarə və 32 ölkədən 32 gəmi iştirak edirdi.
“Sea Breeza-2021” təlimləri bitsə də, NATO gəmiləri Qara dənizi tərk etməyəcəklər. “Sea Breeze 2021” təlimlərinin keçirilməsinə cavabdeh olan Amerika Birləşmiş Ştatları Donanmasının kapitanı Stüart Baumanın bir müddət əvvəl dilə gətirdiyi fikirlər belə düşünməyə əsas verir. Onun sözlərinə görə, tədbirə gələn gəmilərin əksəriyyətinin iyulun 11-dən 19-dək Bolqarıstanda keçiriləcək təlimlərindən sonra akvatoriyanı tərk edəcək.
"Sea Breeze” hərbi təlimində iştirak edən gəmilərin çoxu Bolqarıstanın ev sahibliyi ilə digər manevrə qatılacaqlar. Ona görə gəmilər bir müddət Qara dənizdə qalmağa davam edəcəklər. Ancaq bu, Montre Müqaviləsində nəzərdə tutulan tələblər pozmayacaq", - Stüart Bauman demişdi.
Qeyd edək ki, Montre Konvensiyasında Qara dənizə sahili olmayan dövlətlərə məxsus hərbi gəmilərin 21 gün ərzində bu su hövzəsini tərk etməsi nəzərdə tutulur.
Mütəxəssislərin fikrincə, NATO Montre Konvensiyasının tələbləri çərçivəsində Qara dənizdə daimi qalmağı planlaşdırır. Bunun üçün Qara dənizi gələn gəmilər hər 3 həftədən oranı tərk edərək öz yerini digər gəmilərə buraxacaqlar. Yəni növbə dəyişimi ilə Qara dənizdə Rusiyanı dalana sıxışdırmağa çalışacaqlar.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar