Xəbər lenti
Bu gün, 17:22
Bu gün, 16:18
Bu gün, 15:27
Bu gün, 14:51
Bu gün, 14:00
Bu gün, 12:13
Bu gün, 10:39
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
20-12-2024, 23:24
20-12-2024, 22:14
Ukraynanın Donbass separatçılarına qarşı son hücumda Türkiyənin silahlı dronu Bayraktar TB2-dən istifadə etməsi dünya ictimai fikrində birmənalı qarşılanmayıb. Bir çox dairələr “Bayraktar”ların rus hava hücumundan müdafiə sistemlərinin keçib hədəfini rahatlıqla zərərsizləşdirməsi həqiqətini yenidən gündəmə gətirir və rus silahlarını aşağılayır. Bununla yanaşı, Ukrayna rəsmiləri bir az da provokativ üslubla “Bayraktar”a sahib olmasından ağız dolusu bəhs edərək, sanki Rusiya ilə aralarındakı problemdə Türkiyəni də yanlarına çəkməyə çalışırlar. Sözsüz ki, bu cür müzakirələr bir tərəfdən Türk silah sənayesinin reklamı olsa da, digər tərəfdən Ankara-Moskva arasındakı ziddiyyətləri də körükləyir. Xüsusilə Suriyanın şimalında Rusiya ilə Türkiyənin münasibətlərinin kəskinləşməsi fonunda bu cür yanaşmalar istənməyən gərginliyə yol açır.
Ovqat.com-un məlumatına görə, Romada keçirilən G-20 zirvəsində iştirak edən Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun jurnalistlərə verdiyi açıqlama Ankaranın bu vəziyyətdən o qədər də məmnun olmadığını göstərir.
G20 Liderlər Zirvəsi çərçivəsində rusiyalı həmkarı Sergey Lavrov ilə görüşən Mövlud Çavuşoğlu görüşdən sonra rus jurnalistlərinin sualına verdiyi cavabda Ukraynanın “Bayraktar TB-2” dronları vasitəsilə öz düşməninin hədəflərini zərərsizləşdirməsinin məsuliyyətinin Kiyevə aid olduğunu xatırladıb. O, həmçinin Ukraynanı da Türkiyənin adını çox hallandırmamağa çağırıb.
"Bir ölkə bizdən və ya başqa ölkədən silah alırsa, onu Türkiyə, Rusiya və ya Ukraynanın silahı adlandırmaq olmaz. Əgər dövlət bizdən alırsa, o, artıq Türkiyə məhsulu deyil. Ola bilsin ki, Türkiyədə istehsal olunub. ancaq Ukraynaya məxsusdur. Bunun üçün Türkiyəni qınamaq doğru deyil”, - Çavuşoğlu bildirib.
Türkiyənin də terrorla mübarizə zamanı bir çox ölkələrdən alınmış müxtəlif silahlarla qarşılaşdığını ifadə edən nazir deyib: "Bəzən müxtəlif ölkələrdə terrorla mübarizəmiz zamanı müxtəlif ölkələrdən, o cümlədən Rusiyadan fərqli silahlarla qarşılaşırıq. Biz buna görə heç vaxt Rusiyanı günahlandırmırıq. Ukrayna da bizim adımızdan istifadə etməyi də dayandırmalıdır”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar