Xəbər lenti
Bu gün, 17:22
Bu gün, 16:18
Bu gün, 15:27
Bu gün, 14:51
Bu gün, 14:00
Bu gün, 12:13
Bu gün, 10:39
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
Suriya Milli Ordusunun (SMO) sözçüsü Raid Yusuf Hamud Suriyanın şimalında hərbi əməliyyatlara başlayacaqları ilə bağlı yayılan xəbərləri təkzib edib.
Ovqat.com-un məlumatına görə, SMO-nun sözçüsü Şimali İraq Kürd Muxtariyyatlığına bağlı Rudaw-a verdiyi açıqlamasında bildirib ki, bu kimi xəbərlər Rusiyanın qəsdən yaydığı şayiələrdir.
Sözçünün fikrincə, Rusiya bu şayiələri yaymaqla həm Suriya, həm də kürd separatçıları üzərində qorxu atmosferi yaradaraq, özünün Suriyadakı mövcudluğuna psixoloji zəmin hazırlamağa çalışır.
“Hərbi əməliyyatla bağlı şayiələr, xüsusən də “Sputnik”in müharibənin çərşənbə axşamı başlayacağı ilə bağlı xəbərləri hamısı şayiədir. Bu söz-söhbətlər Rusiyanın dialoq tərəfləri üzərində apardığı psixoloji müharibənin nəticələridir. Son iki gündə Suriya Demokratik Qüvvələri (DSG) və PYD-nin Suriya rejimi arasında dialoq və danışıqların aparıldığını öyrəndik. Əldə etdiyimiz məlumata əsasən, DSG və Dəməşqin danışıqları dalana dirənib, Rusiya da məhz bu səbəbdən hər iki tərəfə təzyiq etmək üçün psixoloji müharibəyə başlayıb”.
Rusiyanın hər iki tərəfə istədiklərini qəbul etdirmək üçün bu yola əl atdığını deyən Hamud TSQ və SMO-nun hücumlara hazırlaşdığına dair yayılan məlumatları tamamilə təkzib edərək bildirib:
“Rusiya “Çərşənbə axşamı günü TSQ və Suriya Milli Ordusunun DSQ bazalarına qarşı əməliyyat keçirəcəyini” iddia edir. Hamısı söz-söhbətdir, Rusiya öz məqsədlərinə çatmaq üçün bu üsula əl atır”.
Qeyd edək ki, Türkiyə rəsmiləri açıq şəkildə Suriyadakı PKK/YPG ünsürlərinə qarşı hərbi əməliyyatlara başlaya biləcəklərini vurğulamış, daha sonra ölkə parlamenti bu hərəkata izn verən qətnamə çıxarmışdı. Bu baxımdan SMO sözçüsünün belə bir əməliyyata hazırlaşmadıqları barədə fikirləri o qədər də inandırıcı görünmür. Belə anlaşılır ki, regionda situasiyanın dəyişməsi Türkiyənin öz planında korrektə etməsi ilə nəticələnib.
Bəs, bu korrektə hansı səbəbdən baş verə bilər?
Zənnimizcə, bu sualın cavabı G-20 sammitində Türkiyə və ABŞ prezidentlərinin detalları açıqlanmayan danışıqlarının məğzində gizlidir. Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan həmin görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirmişdi ki, danışıqlarda Suriyanın şimalı ilə yanaşı Qara dəniz və Cənubi Qafqaz məsələləri də gündəmə gətirilib. ABŞ və NATO-nun Qara dəniz və Cənubi Qafqaz siyasətində əsas oyunçusunun Türkiyə olduğu sirr deyil. Suriyanın şimalında Rusiya və ABŞ tərəfindən dəstəklənən kürd separatçılarının təxribatçı hərəkətləri davam etdiyi müddətcə, təbii ki, Türkiyə şimal və şərq sərhədlərindəki proseslərə yetərli diqqət ayıra bilməzdi. Mümkündür ki, Suriyanın şimalındakı problemlərin həllində üzərinə düşən məsuliyyəti ABŞ-ın öz boynuna götürməsi ilə Türkiyə xeyli rahatlanmış və NATO-nun şimal-şərq cəbhəsindəki fəaliyyətini davam etdirməsinin önü açılmışdır. Təsadüfi deyil ki, Ərdoğanla Bayden arasındakı görüşdən sonra Suriyanın şimalındakı kürd separatçıları ABŞ qüvvələrinin onlara Türkiyə hücuma başlayarsa kürd separatçılarına heç bir dəstək verilməyəcəyinə dair mesajın çatdırıldığını iddia edirdilər. Görünür, bu mesajdan sonra kürd separatçılarının da Dəməşqlə dialoqa müsbət yanaşmayıblar və danışıqlar dalana dirənib.
Suriyanın şimalından belə gözlənilməz açıqlamaların gəldiyi bir zamanda Qara dəniz sahillərində gərginliyin artması da təsadüfi olmaya bilər. Məlum olduğu kimi, Ukrayna ordusu Donbassda artıq kiçik miqyaslı hərbi əməliyyatlara başlayıb və Rusiya ilə təhdid diliylə danışır. Ukrayna ordusunun hücumuna Rusiyanın xeyli səbrli yanaşması və problemi qaz kəsintisi basqısı ilə zamana yaymağa çalışması da bu baxımdan təəccüb doğurmur. Ukrayna-Rusiya gərginliyində Kiyevin hücumçu, Moskvanın isə təmkinli siyasəti onu göstərir ki, Kremldə bu təxribatlarla tələyə çəkildiyinə dair qənaət var. O da maraqlıdır ki, ABŞ quruluş tarixində ilk dəfə özünün İtaliyadakı 6-cı donanmasının flaqman gəmisini əməliyyatlara başlamaq adı ilə Qara dənizə göndərib. Donamanın qərargahı və rəhbərliyinin də “Mount Whitney” adlı flaqman gəmisində olduğu bildirilib. Üstəlik, Pentaqonun rəsmi açıqlamasında ABŞ gəmilərinin hansısa təlimlərə qatılmaq üçün yox, adı qoyulmayan əməliyyatlarda iştirak etmək üçün Qara dənizə göndərildiyi qeyd olunur. Bu da onu göstərir ki, ABŞ 6-cı donanmasını Qara dənizə köçürməkdə maraqlıdır. Bu isə Rusiyanı birbaşa təhdid etmək deməkdir.
Bunlar, təbii ki, versiyalardır, əsl səbəb yaxın zamanlarda ortaya çıxacaq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar