Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
“Azərbaycan rəhbərliyinin ermənifobiya siyasəti, onun nəzarətində olan ərazilərdə etnik təmizləmə aparması, erməni mədəni və dini irsinin dağıdılması və təhqir edilməsi “Artsax” ermənilərinin Azərbaycan yurisdiksiyası və nəzarəti altında təhlükəsiz və ləyaqətli yaşamasının mümkün olmadığını təsdiqləyir”.
Ovqat.com-un məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyinin 10 noyabr Bəyanatının 1-ci ildönümü ilə bağlı bəyanatında belə deyilir.
Qeyd edək ki, qondarma “DQR”-nın parlamenti bu gün saat 11. 00-də Qarabağ ermənilərinin “öz müqəddəratını təyinetmə” məsələsinə baxacaq, Ermənistan XİN-in bu bəyanatı Azərbaycan ərazisində separatizmi dəstəkləmək cəhdindən başqa bir şey deyil.
Azərbaycan, Ermənistan və Rusiya liderlərinin bu həftə Moskvada danışıqlara başlaması ərəfəsində verilən bu bəyanat İrəvanın həmin görüşdə hansı prinsiplərdən çıxış edəcəyini açıq şəkildə göstərir. Görünən budur ki, Azərbaycanla Ermənistan arasında müharibənin davam etməsi qaçılmaz olacaq.
Ermənistan Müdafiə naziri Arşak Karapetyanın oktyabrın 6-dan 8-nə qədər Qarabağa qanunsuz və gizli səfəri, separatçıların hərbi hissələrində yoxlama işləri aparması da İrəvanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizliyin başlıca dəlili kimi ortaya çıxır və 10 noyabr Bəyanatının bir çox maddələrini açıq-aşkar heçə sayır. Bu fakt həm də onu göstərir ki, rus sülhməramlılarının himayəsinə sığınan Qarabağ erməniləri Ermənistanın da iştirakı ilə növbəti döyüşlərə hazırlaşırlar.
Azərbaycan Ermənistan arasındakı münasibətlərin yenidən müharibə həddinə çatması ABŞ tərəfindən də sezilmişə oxşayır. Dünən gecə məsələ bağlı ABŞ Dövlət Departamentinin verdiyi bəyanatda tərəflərin atəşkəs rejiminə tam əməl etməməsindən narahatlıq ifadə edilib.
Bəyanatda tərəflər bütün əsirləri geri qaytarılmasına, itkin düşənlərin tam qeydiyyatının aparılmasına alınmasına, köçkünlərin könüllü geri dönməsinə, humanitar minalardan təmizlənməyə və beynəlxalq humanitar təşkilatlarla əməkdaşlığa çağırılıb.
Birləşmiş Ştatlar həmçinin “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həll olunmamış məsələlərin çözümü üçün Ermənistan və Azərbaycan arasında, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında təmasların davam etdirilməsinin vacibliyini vurğulayıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar