Xəbər lenti

 
Qərb Donbassda və ya Rusiya ilə sərhəddə “müharibə açmaq” qərarına gəlsə, Belarus kənarda dayanmayacaq.
 
Ovqat.com xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Belarus Müdafiə Nazirliyinin Strateji İdarəetmə Mərkəzində hərbi təhlükəsizlik üzrə keçirilən müşavirədə bunu bildirib.
 
“Onlar [Qərb ölkələri] çox yaxşı başa düşürlər ki, əgər Donbassda və ya Rusiya ilə sərhəddə yenidən müharibəyə başlasalar, Belarus kənarda qalmayacaq. Belarusun kimin tərəfində olacağı isə bəllidir. Onlar bunu başa düşürlər, ona görə də şimalda Belarus-Ukrayna sərhədlərini möhkəmləndirməyə başladılar”, - Lukaşenko belə deyib.
 
Prezidentin mətbuat xidmətinin bildirdiyinə görə, Lukaşenko bildirib ki, belaruslar “silahla cingildəmək” fikrində də deyillər: “Biz son dəhşətli müharibənin (İkinci Dünya Müharibəsi) iştirakçısı olmasaq da, müharibənin nə olduğunu başa düşürük... İndi biz az-çox məqbul yaşayırıq, heç bir müharibə istəmirik”.
 
Lukaşenko həmçinin bildirib ki, Rusiyanın Ukraynaya hücum etmək niyyəti barədə iddialar yalandır:
 
“Rusiyanın Ukraynaya planlaşdırdığı hücumla bağlı məndə heç bir məlumat yoxdur. Amma belə planlar olsaydı, belarus hərbçiləri, o cümlədən mən bundan xəbərdar olardım. Bizə məlumat verilərdi. Ancaq bir daha deyirəm: faktlar masanın üstündədir”.
 
O, Müdafiə nazirinə və Dövlət Sərhəd Komitəsinin sədrinə təxribatlara uymamaq, heç bir şəkildə münaqişə və toqquşmalara getməmək barədə göstəriş verdiyini də xatırladıb.
 
“Onların hər hansı bir hərəkətinə qarşı bizim əks fəaliyyət planlarımız olmalıdır. Xalq demişkən, burnumuzu küləyə doğru tutmaq, onların hər hərəkətinə silahla reaksiya vermək üçün hər cür imkanımız var... Bugünkü tədbirimizin məqsədi də budur”, - Lukaşenko bildirib.
 
O, eyni zamanda Müdafiə nazirinə və Silahlı Qüvvələrin Baş Qərargah rəisinə Belarusa qarşı mümkün təcavüz və qanunsuz hərəkətlərə qarşı cavab planı hazırlamaq barədə tapşırıqlar verib.




Ana səhifəyə qayıt        Baxış: 5 175          Tarix: 29-11-2021, 20:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma