Xəbər lenti

Tehran və bir sıra əyalətlərdə etiraz aksiyaları davam edib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, aksiyaçılar “Diktatora ölüm!”, “Uşaq öldürən hökumətə ölüm!”, “Qız öldürən hökumətə ölüm!” və bu kimi şüarlar səsləndirilib.

Küçələrdə hicabsız qadınlar və kişilər birlikdə rəqs ediblər.

Müxtəlif şəhərlərdə divarlara İİR əleyhinə şüarlar yazmaq trendi davam edib.

Sosial şəbəkələrdə yayılan videolara görə, qadınlar məcburi hicaba riayət etmirlər.

Tehran əyaləti:

Tehranın müxtəlif məhəllələrində etirazçılar hökumət və Əli Xameneiyə qarşı şüarlar səsləndirərək etiraz aksiyası keçiriblər: “İslam respublikası devrilənə qədər ayaqdayıq!”, “Diktatora ölüm!”, “Xameneiyə ölüm!” 

Etirazlar xaricdə də davam edib. Hollandiyanın Qroningen şəhərində iranlılar divarlara “Qadın, həyat, azadlıq!” şüarını və etirazlarlarda həlak olanların adlarını yazıblar.




Ana səhifəyə qayıt        Baxış: 3 757          Tarix: 19-04-2023, 12:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma