Xəbər lenti

Ermənistan parlamentinin keçmiş deputatı Naira Zohrabyan Ermənistanın sabiq müdafiə naziri David Tonoyan 44 günlük müharibənin nəticələrinin araşdırılması üzrə parlament komissiyasının iclasında verdiyi açıqlamalara sərt təpki göstərib.

Musavat.com erəni mediasına istinadən xəbər verir ki, Tonoyanın komissiya üzvləri qarşısında ifadəsi müxalifətçiin xoşuna gəlməyib.

“David Tonoyan istintaq komissiyasının iclasında monoloqu ilə bir erməni, keçmiş nazir, kişi kimi intihar edib. David Tonoyan adlı adam, David Tonoyan adlı erməni, David Tonoyan adlı siyasətçi, keçmiş nazir yoxdur”, - deyə Zöhrabyan bildirib.

Revanşist Zöhrabyan müxalifətin parlament komissiyasının iclaslarında iştirak etməmək qərarını alqışladığını söyləyib.

Onun sözlərinə görə, bu görüşlər “Nikolun təşkil etdiyi” şoudan başqa bir şey deyil və əsas məqsəd “44 günlük müharibədən sonra erməni xalqına qarşı xəyanəti yumaq üçün keçmiş və ya indiki ordu rəsmilərindən istifadə etməkdir”.




Ana səhifəyə qayıt        Baxış: 2 872          Tarix: 3-08-2023, 23:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma