Xəbər lenti


İdlibdəki terror anklavı da daxil olmaqla, Suriyanın bütün ərazisi kənardan radikalların dəstəyi olmasa, qanuni hökumətin nəzarəti altında ola bilər.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Vasili Nebenzya deyib.

"Astana formatında təsirli və yaxşı düşünülmüş tədbirlər çərçivəsində Rusiya, Türkiyə və İran birlikdə ölkənin əksər hissəsində döyüş əməliyyatlarının dayandırılmasına nail oldu.

Əgər separatçıların davamlı bəslənməsi, onları qızışdırmaq cəhdləri olmasaydı, bu gün Suriyanın bütün ərazisi ekstremistlərdən azad olardı", - Nebenzya bildirib.



Ana səhifəyə qayıt        Baxış: 2 463          Tarix: 15-03-2021, 21:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma