Xəbər lenti
Bu gün, 21:36
Bu gün, 20:30
Bu gün, 19:40
Bu gün, 17:54
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
MEHR, İran
25.06.2021
Cənubi Qafqazın nəqliyyat marşrutları üzərində rəqabət yaxın 10 ildə daha da intensiv xarakter alacaq. Onların əksəriyyətində, o cümlədən İranın maraqları ilə əlaqəli olan Zəngəzur dəhlizi məsələsində Türkiyənin rolunu görəcəyik.
Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkisi baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın rəhbəri olduğu partiyanın qələbəsi ilə başa çatıb. Seçki ərəfəsində hər kəs bildirirdi ki, Paşinyanın hakimiyyətdə qalması İkinci Qarabağ müharibəsinə son qoymuş atəşkəs razılaşmasının qorunub-saxlanmasına səbəb olacaq.
Məsələ ondadır ki, erməni müxalifəti Birinci Qarabağ müharibəsi zamanı işğal olunmuş ərazilərin Azərbaycana qayıtmasından son dərəcə narazıdır. Odur ki, seçkidə müxalifətin qələbə qazanması tərəflər arasında Moskvanın vasitəçiliyi ilə əldə olunmuş sülhə xələl gətirə bilərdi.
Bütün bunların fonunda Ankaranın dəstəyinə də arxalanan Bakı üçtərəfli bəyannamənin 9-cu maddəsinə istinad edərək, Zəngəzur dəhlizi adlandırılan dəhlizin açılmasına çalışır. O, Ermənistan ərazisindən keçməklə, Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi ilə və ümumilikdə Türkiyəni Azərbaycan və Orta Asiya ilə birləşdirəcək. Ancaq bu kiçik dəhliz Cənubi Qafqazın geosiyasi vəziyyətinə, həmçinin İranın regionda gedən proseslərdəki payına böyük təsir göstərəcək.
Kommunikasiyalar: Cənubi Qafqazda qızğın rəqabət
Moskvanın Cənubi Qafqazda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzündən 25 ildir bağlı qalan dəhlizlərin açılmasına çağırışı Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaradıb. Bu isə bölgədə maraqları olan digər tərəfləri narahat edir.
Cənubi Qafqaz coğrafi baxımdan Şərqi Avropa ilə Qərbi Asiyanın sərhədi hesab olunur. Gürcüstan, Ermənistan və Azərbaycan məhz bu regionda yerləşirlər. İndi burada dəhlizlər yenidən açılarsa, demək, bölgənin geosiyasi mövqeyi dəyişəcək. Bu halda 3 Cənubi Qafqaz ölkəsi arasında rəqabətin güclənəcəyi öz yerində, tranzit yollarına çıxış üçün Rusiya, Çin və Türkiyə arasında trans-regional rəqabət də artacaq.
Cənubi Qafqazda işlək və ya işə salınması imkanları nəzərdən keçirilən dəhlizlərin sayı təsəvvür etdiyimizdən qat-qat çoxdur: Bakı-Tiflis-Qars, Çinin Qafqaz-Xəzər bölgəsi arasındakı bir sıra dəhlizləri əhatə edən “Bir kəmər, bir yol” layihəsi, Dağlıq Qarabağ münaqişəsinin başa çatması ilə Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış atəşkəs bəyannaməsinin 9-cu maddəsinə əsasən açılacağı ehtimal olunan dəhlizlər, Xəzər dənizi ilə Qara dəniz arasında tikilməkdə olan kanallar, Xəzər dənizi ilə Fars körfəzi arasında tikilməkdə olan kanallar, Əfqanıstanı Avropa ilə birləşdirəcək dəhliz, Orta Asiyanı Qafqaz və Avropa ilə birləşdirən TRASECA və s. Bu dəhlizlərin gələcəyi “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizləri üzərindəki digər nəqliyyat marşrutlarının əhəmiyyətini müəyyən edəcək. Məsələn, Cənubi Qafqaz Şərqlə Qərbi birləşdirən yol olacaqsa, Süveyş kanalı və Avropanın şimal hissəsindəki “Şimal dənizi” kommunikasiya yollarının əhəmiyyəti azalaq. Yox, bu bölgə Şimalla Cənubu birləşdirəcəksə, Rusiya-İran koalisiyasının güclənməsinə yol açacaq, ABŞ-Türkiyə blokunun Qafqaz və Orta Asiya bölgəsinə təsir imkanları məhdudlaşacaq.
Ancaq bu koalisiyalar milli maraqlar naminə dəyişə də bilər. Məsələn, Türkiyə NATO üzvü olaraq ABŞ cəbhəsi ilə koalisiya yarada bilsə də, Qafqaz və Orta Asiyada müstəqil siyasət yürütmək üçün Rusiya və digər ölkələrlə yaxınlaşma potensialına malikdir. Ankara bu üzdən Qarabağ müharibəsinin başa çatması ilə Rusiya, Azərbaycan, İran, Türkiyə, Gürcüstan və Ermənistanı özündə birləşdirəcək altıtərəfli regional əməkdaşlıq platforması təklifi ilə çıxış edib. Tehran da öz növbəsində, demək olar ki, eyni vaxtda Cənubi Qafqazın üç ölkəsini (Azərbaycan, Ermənistan, Gürcüstan) və üç trans-regional dövləti (İran, Türkiyə və Rusiya) birləşdirəcək “3+3” modeli kimi oxşar təklif irəli sürüb. Azərbaycan bir-birinə bənzər olan bu təklifin hər ikisini məmnunluqla qarşılayıbsa, Ermənistanla Gürcüstan hələ ki, bu planları qəbul etməyə hazır görünmürlər.
Bu da başadüşüləndir. Qarabağ müharibəsindəki uğursuzluq Ermənistana baha başa gəlib, ölkədə ciddi daxili narazılıq yaranıb. Belə bir vəziyyətdə Yerevanın Bakı ilə Ankaranın əlini sıxacağına inanmaq çətindir.
Gürcüstana gəlincə, o da Abxaziya və Cənubi Osetiya üzündən Rusiya ilə təxminən eyni vəziyyətdədir.
Zəngəzur dəhlizi
Cənubi Qafqazda əməkdaşlıq imkanlarının artması fürsət kimi qiymətləndirilə bilər. Lakin istər altıtərəfli platforma, istərsə də “3+3” formatı haqda danışarkən müsbət məqamlarla yanaşı, arzuolunmaz ehtimallar da nəzərə alınmalıdır.
Son günlər Azərbaycanla Türkiyə Ermənistanda keçirilmiş son seçki nəticəsində formalaşacaq yeni hökuməti dinc, yanaşı yaşayış qaydalarına əməl etməyə, yaranmış fürsəti əldən qaçırmamağa çağırır. Onlar fürsət dedikdə yenə də, İran-Ermənistan sərhəd bölgədə açılmalı olan Zəngəzur dəhlizini nəzərdə tuturlar. Artıq qeyd etdiyimiz kimi, bu dəhliz Azərbaycan əsas hissəsini onun esklavı olan Naxçıvan üzərindən Türkiyə ilə birləşdirəcək.
Ankara ilə Bakının Yerevana bu çağışı yumşaq ifadə olunsa da, burada bir təhdid də hiss edilir. Azərbaycan prezidenti İlham Əliyev hələ bir müddət əvvəl bildirmişdi ki, “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini açacağıq – Ermənistan istəsə də, istəməsə də”. İndi isə Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanıb və sənəd tərəflər arasında hərbi əməkdaşlığı da nəzərdə tutur.
Ümumiyyətlə, bu məsələdə hər şey münaqişə tərəflərinin Qarabağ sazişinin 9-cu bəndinin necə şərh edilməsindən asılıdır. Lakin tərəflərin öz istəklərinə gərginlik yaratmadan nail olmağa çalışdıqları hiss edilir. Bölgədə yeni hərbi qarşıdurmanın başlamasına Rusiya da laqeyd qalmayacaq. Odur ki, hər hansı hərbi ssenari real görünmür.
Bütün bunlarla yanaşı, İran da öz sərhəd hüquqlarından istifadə etməkdə israrlıdır. Odur ki, ən yaxşı yol üçtərəfli bəyannamənin 9-cu maddəsi ilə bağlı qeyri-müəyyənliyin aradan qaldırılması üçün danışıqların davam etdirilməsidir.
(Fars dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar