Xəbər lenti

Ermənistan hələ sülhə tam hazır deyil. Sadəcə olaraq vəziyyətə uyğun bəyanat səsləndirirlər. Çünki bir neçə aydır ki, Azərbaycan Ermənistana təzyiqlər edir. Əsas məsələ odur ki, Ermənistan 10 noyabr razılaşmasından boyun qaçırmağa çalışır.

Bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın Baş naziri Nikol Paşinyanın hökümətin iclasındakı bəyanatı ilə bağlı fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, indiki halda ermənilər sülhə hazır olmaları barədə danışarkən bu məsələləri danışıqlar mövzusu kimi təqdim etməyə çalışırlar:

"Delimitasiya və demarkasiya prosesi texniki bir prosesdir. Bu, siyasi proses deyil. Bu, sülh sazişindən sonra baş verməlidir. İstənilən sazişdə ilk bənd o olur ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanısın”.

Tofiq Zülfüqarovun fikrincə, indiki halda Ermənistan texniki məsələləri həll etməyə hazır olduğunu bəyan edir:

"Amma qarşı tərəf ərazi bütövlüyü məsələsindən boyun qaçırır. Hazırda elə bir görüntü yaratmağa çalışırlar onlar bu məsələləri həll etməyə hazırdırlar. Eyni zamanda qəbul eləmədikləri məsələləri gündəmə gətirirlər. Amma 10 noyabrda əldə olunmuş razılaşmada nəzərdə tutulmuş erməni silahlılarının ərazidən çıxarılması məsələsi həll edilməyib. Ermənistan həmçinin Zəngəzur dəhlizi ilə bağlı məsələdən boyun qaçırır. Amma belə olduğu halda Laçın dəhlizi ilə bağlı məsələ gündəmə gələ bilər”.(Teleqraf)



Ana səhifəyə qayıt        Baxış: 3 225          Tarix: 8-09-2021, 23:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma