Xəbər lenti

Rusiyalı hərbçilər Xerson vilayəti və Krıma iranlı təlimatçılar gətiriblər.

Təlimatçılar İran istehsalı olan “Şhahed-136” dron-kamikadzelərini işə salmaq üçün gətirilib.

Bu barədə Ukrayna Milli Müqavimət Mərkəzinin saytında məlumat verilib.

“Məlumata görə, iranlılar Jeleznıy port, Qladovsı (Xerson vilayəti) və Cankoy (Krım) qəsəbələrində yerləşiblər. Onlar rusiyalılara dron-kamikadzelərdən istifadə etməyi öyrədirlər. Həmçinin dronların Ukraynanın mülki obyektlərinə, xüsusilə də Nikolayev və Odessaya buraxılmasına birbaşa nəzarət edirlər. Təlimatçılar rusiyalıların işğal zamanı ələ keçirdikləri binalarda yerləşiblər”, - deyə məlumatda qeyd edilir.

Eyni zamanda mərkəzdən xatırladılıb ki, İran Rusiya Federasiyasının müharibədə fəal şəkildə istifadə etdiyi pilotsuz təyyarələrin tədarükünü rəsmən rədd edir.

Mənbə: İnterfaks-Ukrayna




Ana səhifəyə qayıt        Baxış: 3 222          Tarix: 12-10-2022, 18:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma