Xəbər lenti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə paylaşım edib.

Danışıqlar zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Bundan əlavə, tərəflər regionda uzunmüddətli sülh və sabitliyin bütün region ölkələrinin inkişafına töhfə verəcəyini vurğulayıblar, bu istiqamətdə diplomatik səylərini davam etdirəcəklərini qeyd ediblər.




Ana səhifəyə qayıt        Baxış: 3 176          Tarix: 11-09-2023, 19:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma