Xəbər lenti
Dünən, 15:52

                                                   

Ukraynanın «Aydar» batalyonunun sabiq komandiri, hazırda xalq deputatı Sergey Melniçuk bildirib ki, indi ölkədə «küçə impicment tələb edir». Ukraynalı millətçi Prezident Pyotr Poroşenkonu istefaya sağırıb.

Melniçuk bəyan edib ki, bunun üçün bütün əsaslar var, onu devirmək üçün isə ümumukrayna referendumu keçirmək lazımdır.

«Bu gün görürük ki, Ukraynada baş verənlər «qəlblərin harayı»dır» – deputat Kiyevdəki brifinqdə bildirib.

Ukrayna millətçilərinin lideri blogerlərin petisiyasını dəstəkləməyə çağırış edib. Məsələn, «Change.org» portalındakı petisiyaya artıq yüz minlərlə insan səs verib.

«Xalq da küçənin tələb etdiyini tələb edir. Küçə isə prezidentin impicmentini tələb edir. Əgər Ali Rada hələlik buna reaksiya vermir və verməməkdə davam etsə, xalq öz impicmentini həyata keçirəcək» – deputat qeyd edib.

Bundan əvvəl «Yeni qüvvələr hərəkatı» partiyasının lideri Mixail Saakaşvili «İmpicment uğrunda yürüş» təşkil etmişdi. Onun bir neçə min tərəfdarı Kiyevin küçələrindən keçərək, anti-prezident şüarları səsləndirmiş və oliqarxın (Poroşenkonun – red.) diktaturasını devirməyi tələb etmişdi.

Aksiyanı Ukrayna jurnalistləri də dəstəkləmişdi. Onlar KİV-də Poroşenkonun hakimiyyətdən kənarlaşdırılması tələbi ilə petisiya yerləşdirmişdilər.//AzPolitika.info




Ana səhifəyə qayıt        Baxış: 394          Tarix: 12-12-2017, 23:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma