Xəbər lenti

 Suriyaya çatdırılan silahlar hələ ki, SDQ-yə verilməyib.

Ovqat.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Pentaqon sözçüsü Ceff Devis deyib.

“Həmin silahlar artıq atışma bölgələrindədir. Lakin YPG-nin başçılıq etdiyi Suriya Demokratik Qüvvələrinə (SDQ) verilməyib. Bu silahların yalnız İŞİD-ə qarşı istifadə ediləcəyi ilə bağlı qarantiya veririk. Təbii ki, proses daim nəzarətdə saxlanılacaq”, - Pentaqon rəsmisi bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp YPG-yə iri çaplı silahların verilməsi ilə bağlı sərəncam imzalamışdı. Türkiyənin etirazına cavab olaraq isə ABŞ bu silahların savaşın sonunda geri alınacağını, başqa əllərə düşəcəyi təqdirdə isə yardımın dərhal dayandırılacağını bildirib




Ana səhifəyə qayıt        Baxış: 655          Tarix: 12-05-2017, 23:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma