Hadisənin baş vermə səbəbi məlum olub.
Ovqat.com Publika.az-a istinadən xəbər verir ki, yanacaq dolduran tanker aşıb. Qəzanın səsini eşidən kənd sakinləri tankerdən sızan yanacağı qablara doldurmaq üçün hadisə yerinə axışıblar. Bu vaxt tanker partlayıb.
Rəsmiləri qəzanın Bahavalpur şəhəri yaxınlığında tanker sürücüsünün nəzarəti itirməsi nəticəsində baş verdiyini bildiriblər.
Arama-qurtarma qrupunun rəhbəri Rızvan Hasir 123 nəfərin öldüyünü, 76 nəfərin yaralandığını söyləyib.
"Dawn News" xəbər saytının bildirdiyinə görə, yanğınsöndürən briqadanın müdaxiləsi nəticəsində nəzarət altına alınan yanğın və partlayışda 12 motosikl da külə dönüb.
Yaralananlardan çoxunun vəziyyətinin ağır olduğuna diqqəti çəkən Hasir ölü sayının artacağından narahat olduqlarını bildirib.
Ölən və yaralananlar arasında çoxlu sayda qadın və uşaq da var.
***
Pakistanın şərqində neft tankerində baş verən yanğın zamanı 120-dən çox insan həlak olub.
Yanğın Pəncab əyalətində baş verib. Yanğın nəticəsində 123 nəfərin öldüyü, 100 nəfərin isə yaralandığı bildirilir. Onlardan bəzilərinin vəziyyəti olduqca ağırdır.
Yerli KİV-lərin yaydığı məlumata görə, insanlar benzin almaq üçün növbəyə düzülüblərmiş. İçlərində bir neçə nəfər siqaret çəkirmiş. İlkin ehtimala görə, hadisə bu üzdən baş verib.
Pakistanın təhlükəsizlik qüvvələri isə hadisənin səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradıldığını açıqlayıb. /Publika.az/
Paylaş: