Fransanın "Le Figaro" qəzeti HƏMAS-ın 7 oktyabr hücumundan əvvəl gördüyü hazırlıqları oxucuları ilə bölüşüb.
Musavat.com xəbər verir ki, Fransa mətbuatı HƏMAS-ın hərbi qanadının əsl rəhbərinin Yəhya Sinvar deyil, qardaşı Məhəmməd Sinvar olduğunu yazıb.
Qeyd olunub ki, İsrail Məhəmmədi tapmaq üçün Qəzza tunellərinin memarı kimi tanınan Məhəmməd Deyfin başına qoyduğu mükafatın üç qatını təklif edib.
Nəşr yazır ki, HƏMAS əməliyyata hazırlıqları böyük məxfilik şəraitində həyata keçirib. Belə ki, bir neçə yüksək rütbəli şəxsdən başqa heç kim plandan xəbərdar olmayıb. Hətta “Hizbullah” lideri Həsən Nəsrullah da hücumdan cəmi bir neçə dəqiqə əvvəl xəbərdar edilib.
"Le Figaro" Sinvarın planlarını hətta HƏMAS-ın vacib şəxslərindən gizlətdiyini yazıb. Məsələn, HƏMAS-ın Livandakı nümayəndəsi Usamə Həmdan hücum barədə mediadan məlumat alıb.
Qəzetin xəbərində İsrailə qarşı oxşar hücum planlaşdıran "Hizbullah"ın bu vəziyyətdən məmnun olmadığı qeyd edilib. HƏMAS-ın "Hizbullah"dan daha güclü dəstək gözlədiyini, lakin bunu almadığı iddia edilib. İordaniyalı bir mənbə "Le Figoro"ya bildirib ki, “İzzəddin əl-Qəssam” qruplaşmasının rəhbəri kimi tanınan Məhəmməd Deif artıq vəzifədə deyil, silahlı qanadın əsl lideri əslində Yəhya Sinvarın kiçik qardaşı Məhəmməd Sinvardır.
Məlumata görə, aylarla üzvlərinə gizli təlimlər keçirən HƏMAS İsraili çaşdırmaq üçün yüksək səviyyəli komandirləri dəyişdiyini açıqlayıb, lakin bu komandirlər xidmətə davam ediblər.
Qeyd olunub ki, “qonaq” kod adlı Məhəmməd Deif İsrail tərəfindən ən azı 7 sui-qəsd cəhdinə məruz qalıb. Britaniyanın "Teleqraf" qəzetinə danışan mənbə Deifin bir gözünü və bədəninin bəzi üzvlərini itirdiyini iddia edib.
Musavat.com
Paylaş: