Razılaşma olsa da, olmasa da, şimaldakı sakinlərimizi təhlükəsiz şəkildə evlərinə qaytarmağın açarı Hizbullahı Litani çayının o tayından uzaqlaşdırmaqdır.
Axar.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu Livanla sərhədə səfəri zamanı deyib.
Netanyahu bildirib ki, İsrail ordusu Hizbullahın yenidən silahlanma cəhdlərinin qarşısını alacaq:
“Hizbullahın İrandan Suriya vasitəsilə gələn hərbi təchizat kanalı kəsilməlidir”.
Arxa planda Livanın cənubunda ÇAXAL tərəfindən vurulan Hizbullah hədəflərini göstərən Netanyahu meydan oxuyub:
“Siz reallığın necə dəyişdiyini görür və eşidirsiniz - yuxarıda təyyarələr və aşağıda, yerdə qəhrəman döyüşçülər Hizbullahın Qalileyanı işğal etmək üçün hazırladığı yeraltı terror infrastrukturunu məhv edir”.
Paylaş: