Xəbər lenti

 

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Daily Sabah” qəzetinə Türkiyə-ABŞ münasibətləri barədə məqalə qələmə alıb.

Ovqat.com xəbər verir ki, "Türkiyə ABŞ-dan nə gözləyir?” sərlövhəli məqalədə iki dövlət arasında münasibətlərin düzəlməsinin Vaşinqtonun PKK və DEAŞ (İŞİD) siyasətindən asılı olduğu bildirilib:

 “Mövcud etimad böhranının dəf edilməsi üçün ABŞ rəhbərliyinin həm PYD/YPG, həm də FETÖ məsələlərində bəzi addımlar atması lazımdır. Əks təqdirdə, on illik münasibətimiz və ittifaqımız təmir edilə bilməyəcək şəkildə zərər görəcək. Beləliklə, ötən günlərdə keçirilən görüşlərin sahədə konkret nəticələr verməsi lazımdır".

 Məqaləsində "ABŞ-ın terror təşkilatları yerinə müttəfiqlərlə iş qurmasının vaxtı gəldi" deyən Kalın Menbiç məsələsinə də toxunub:

 “ABD PYD/YPG-dən uzaqlaşma prosesinə qədəm qoymalı və bu təşkilatları Münbiçden çıxararaq Fəratın şərqinə göndərməlidir. Türkiyə və ABŞ qüvvələri yerli xalqla əməkdaşlıq çərçivəsində Münbiç regionunun təhlükəsizliyini təmin edə bilər. Necə ki, eyni model Cerablus-Çobanbəy bölgəsində fəaliyyətdədir, Türkiyənin “Fərat Qalxanı” əməliyyatı ilə DAEŞ-dən təmizlədiyi bu yerlərdə nə DAEŞ, nə PYD/YPG, nə də rejim qüvvələri yerləşir. Eyni şeyi Münbiç bölgəsində də asanlıqla yerinə yetirmək olar. Türkiyənin Afrində “Zeytun Budağı” hərəkatı ilə etməyə çalışdığı da budur".

İbrahim Qalın konstruktiv tərəfdaşlığın iki tərəfə verəcəyi töhfəyə da diqqət çəkərək bildirir:

 “Konstruktiv bir tərəfdaşlığın bir çox ikitərəfli və regional məsələdə hər iki tərəfə gətirəcəyi faydalar var. Ancaq bunun olması ABŞ rəhbərliyi PKK/PYD/YPG və FETÖ məsələlərinin Türkiyənin milli təhlükəsizliyi üçün nə qədər əhəmiyyətli olduğunu dərk etməsinə bağlıdır".




Ana səhifəyə qayıt        Baxış: 777          Tarix: 17-02-2018, 20:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma