Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Qlobal neft bazarında ötən ay yaşanan misli görünməmiş tənəzzüldən sonra bu ay qiymətlər qismən stabilləşib.
Ovqat.com-un məlumatına görə, Londonun ICE birjasında bir barrel Brent markalı neftin iyul ayına olan fyuçers qiyməti 34.82 ABŞ dollarına qədər yüksəlib. Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin iyula olan fyuçers qiyməti isə 32 dollar civarındadır.
Hazırda hər iki birjada qiymətlər yüksələn xətt üzrə hərəkətlilik göstərsə də, ekspertlər bu sevincin uzun sürməyə biləcəyindən narahatdırlar. Məsələ burasındadır ki, OPEC+ ölkələri qiymətləri tənzimləmək üçün hasilatı 30%-ə qədər azaltsalar da, ABŞ-ın neft hasilatçıları hər hansı öhdəlik altına girmək istəmirlər.
Xatırladaq ki, aprelin 9-da ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə videokonfrans formatında bir araya gələn OPEC və digər neft hasilatçıları gündəlik istehsalı 10 milyon barrel azaltmaq qərarına gəlmişdilər. Bu ayın 1-dən başlayan öhdəliklərin həyata keçirilməsi prosesi bazar qiymətlərinə ciddi təsir etmədiyindən Səudiyyə Ərəbistanı gündəlik hasilatı daha 1 milyon barrel azaltdığını elan etdi və digər istehsalçıları da eyni addımı atmağa çağırdı. Onun bu çağırışına bəzi körfəz ölkələri də qoşuldu. Neft birjalarında qiymətlərin toparlanması da məhz bundan sonra başladı.
ABŞ-ın Enerji İnformasiya İdarəsinin (EİA) dünən gecə yaydığı məlumata görə isə, bu ölkənin neft şirkətləri öz istehsalat siyasətini OPEC+ sammitinin qərarları ilə deyil, birjalardakı qiymətlərlə tənzimləməyə üstünlük verirlər. Halbuki, Donald Tramp aprel video-sammitində ABŞ-ın da hasilatı gündəlik 2 milyon barrelə qədər endirəcəyini söyləmiş və həqiqətən də mart ayının ortalarından bu ölkənin gündəlik 13.5 milyon barrelə qədər yüksələn neft hasilatı bu sammitdən sonra 1.5 milyon barrel qədər azalmışdı. İndisə məlum olur ki, ABŞ-ın neft şirkətləri hasilatı Donald Trampın verdiyi sözə görə aşağı salmayıblar. Onlar sadəcə neft birjasında qiymətlərin ucuzlaşmasını görüncə, bəzi quyuların istismarını dayandırıblar. İndisə birjalardakı qiymət artımı onları yenidən hasilatı artırmağa təşviq edə bilər.
EİA-nın məlumatına görə, ABŞ-da neft hasilatı hələ də az olsa da, boru ilə neft nəqli nəhəngi “Energy Transfer” şirkəti bəzi quyuları artıq işə salıb. Bunu şirkətin icraçı direktoru Makki Makkrea (Mackie McCrea) da təsdiqləyir. İcraçı direktorun bildirib ki, Midland bölgəsindəki bəzi qapalı quyuların yenidən istismarına başlayıblar.
Makkreanın sözlərinə görə, “Energi Transfer” mayın əvvəllərində neft hasil edən quyuların 8%-ni bağlamışdı. Ötən həftə isə həmin bağlı quyuların 25% faizini yenidən fəaliyyətə keçirib.
ABŞ-ın şist (qaya) nefti istehsal edən enerji şirkətləri də neft bazarında yüksələn qiymətlərdən həvəsləniblər. Artıq onlar da istehsalı yenidən artırmaq niyyətindədirlər. Ötən həftə Diamondback Energy və digər aparıcı şist neft istehsalçılarından olan Parsley Energy şirkətəri qiymətlərin 30 dollar civarına yüksəlməsini gözlədiklərini, bu yüksəlişdən sonra yeni quyular qazmağa başlayacaqlarını açıq şəkildə bəyan etmişdilər. ABŞ hasilatçılarının əsas bazarının NYMEX olduğunu nəzərə alsaq, bu birjada fyuçers qiymətlərinin 30 dolları keçdiyi müşahidə olunur. Belə çıxır ki, şist neft şirkətləri də yenidən hasilatı artıracaqlar.
Halbuki, Diamondback bir müddət əvvəl istehsalı bu ay ərzində 10% -15% -ə qədər endirəcəyini və quyu qazıntılarının əksəriyyətinin fəaliyyətini dayandıracağını bildirmişdi. Texas ştatında fəaliyyət göstərən şirkətin qazmağı planlaşdırdığı 150 quyuda da tədqiqat işləri tamamilə dayanmışdı. Şirkət bunu onsuz da “ölü” olan bazara neft çıxarmaqdan çəkinməsiylə izah etmidi. Parsley Energy də istehsalını 25% azaltmış, yeni qazıntı proqramlarını dayandırmışdı.
Sözügedən şirkətlərin yenidən hasilatı artırması ABŞ Prezidenti Donald Trampın aprel video-sammitində verdiyi zəmanəti xeyli zəiflədir. Bu isə digər neft hasilatçılarını yenidən istehsalı artırmağa təşviq edə bilər.
Məsələ burasındadır ki, ötən ay qiymətlərin sıfırın altına düşməsiylə nəticələnən rəqabətin əsas səbəblərindən biri də məhz ABŞ-ın bu oyunpozanlığı idi. Böhrandan əvvəl Səudiyyə Ərəbistanı Rusiyaya hasilatı azaltmaqla bağlı təklif irəli sürmüş, Moskva isə “Biz hasilatı azaltdıqca, ABŞ artırır, nəticədə qiymətlərin aşağı düşməsinin qarşısını ala bilmədiyimiz kimi, həm də bazarımızı Amerikanın xeyrinə itiririk” arqumenti ilə təklifi rədd etmişdi. Bundan qəzəblənən şahzadə Məhəmməd bin Salman (MBS) hasilatı maksimum şəkildə artırmaq, dolayısıyla qiymətlərin daha ucuzlaşmasını tətikləməklə Moskvanı cəzalandırmağa çalışmışdı. Putin isə şahzadənin bu təhdidinə elə öz dilində cavab vermiş və o da hasilatı artırmışdı. Beləcə, neftin qiymətləri ABŞ şirkətlərini istehsalı dayandırmağa məcbur edəcək qədər ucuzlaşmışdı.
ABŞ şirkətləri Donald Trampa təzyiq edincə, Prezident bu “axmaq rəqabəti” başladan Məhəmməd bin Salmana zəng edərək gözünü yumub ağzını açmış, təhqiramiz şəkildə ona geri çəkilməyi məsləhət bilmişdi. Beləcə, Rusiya lideri ilə Səudiyyə şahzadəsinin arasını düzəldən Donald Tramp apreldə keçirilən video-sammiti təşkil etmiş və gündəlik hasilatın 10 milyon barrel ixtisarına nail olmuşdu.
EİA-nın məlumatından belə aydın olur ki, OPEC+ liderlərini, ələlxüsus da Putini gündəlik hasilat kəsintisinə razı salan Trampın həmin sammitdə üzərinə götürdüyü öhdəlik olmuşdu. Həmin öhdəliyə görə, ABŞ da gündəlik hasilatı 2 milyon barrel azaltmalıdır. ABŞ-ın neft şirkətləri isə bu öhdəliyə əməl etmək niyyətində deyillər və özəl şirkət olduqlarından Prezidentin boynuna götürdüyü öhdəliklər onları üçün heç bir anlam daşımır.
Şirkətlərin bu oyunpozanlığı aprel sammitinin də nəticələrini heçə endirir. Əks halda bu siyasət Rusiya və digər hasilatçıların bazar payının tamamilə ABŞ şirkətlərinin əlinə keçməsiylə nəticələnə bilər. Bu isə iqtisadiyyatı tamamilə neft hasilatına bağlı olan dövlətlər üçün ölüm deməkdir. Sözsüz ki, heç bir hasilatçı tərəf bu tale ilə razılaşmaz. Bu isə neft bazarında öldürücü rəqabətə yenidən təkan verə bilər.
Heydər Oğuz
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar