Xəbər lenti
Bu gün, 19:25
Bu gün, 18:39
Bu gün, 16:30
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
“Danışıqlar prosesi dalana dirənib, yaranmış status-kvo isə zəifdir və hər an tərəflərin genişmiqyaslı toqquşması ilə əvəzlənə bilər”.
Ovqat.com xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin üzvü Gülşən Paşayeva Ukraynanın Liga.net nəşri üçün qələmə aldığı məqalədə belə yazır.
“Azərbaycan və Ermənistan arasındakı münaqişənin genişlənməsi: bir dalanın iki çıxışı” sərlövhəli məqaləni təqdim edirik.
“LIGA.net Yerevandan olan siyasi ekspert Ruben Meqrabyanın Ermənistan ilə Azərbaycan arasında münaqişənin qızışmasının səbəbləri barədə köşə yazısına cavabı dərc edir. Xatırladaq ki, iyulun 12 - də Ermənistan-Azərbaycan sərhədində döyüşlər başlayıb: Bakı erməni tərəfini atəşkəs rejimini pozmaqda, Yerevan isə Azərbaycan tərəfini "heç bir səbəb olmadan" sərhədi keçməkdə ittiham edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində yaşanan indiki gərginləşməsi 2016-cı ildən sonra baş verən ən əhəmiyyətli qarşıdurmadır. Əvvəlkilərdən fərqli olaraq, bu dəfə münaqişə Ermənistan-Azərbaycan sərhədində - Dağlıq Qarabağdan (DQ) xeyli uzaq məsafədə baş verib. Sözsüz ki, Ermənistana ərazi iddiaları olmayan Azərbaycan bu rayonda, həmçinin, əsas beynəlxalq nəqliyyat kommunikasiyalarının və ixrac neft-qaz boru kəmərlərinin yaxınlığında hərbi əməliyyatların aparılmasında maraqlı ola bilməz.
Ermənistan isə öz ərazisində Rusiyaya məxsus hərbi bazaya və KTMT üzvlüyünə arxalanaraq vaxtaşırı bu hərbi bloku Azərbaycanla qarşıdurmaya cəlb etməyə çalışır, öz niyyətini açıq şəkildə gündəmə gətirir. Bu fakt Ermənistanın baş verənləri təcavüz aktı kimi təqdim etməsinə, Azərbaycanla gözəl ikitərəfli münasibətlərə malik Rusiya və KTMT-nin digər üzvlərinə qarşı növbəti ittiham irəli sürmək şansı verən gözlənilməz gərginliyin baş verməsi səbəblərinə kifayət qədər aydınlıq gətirir.
Son hadisələr bir daha göstərdi ki, danışıqlar prosesi dalana dirənib, yaranmış status-kvo isə zəifdir və hər an tərəflərin genişmiqyaslı toqquşması ilə əvəz oluna bilər.
Məlum olduğu kimi, status-kvo 1992-1994-cü illərdə baş vermiş hərbi əməliyyatlar nəticəsində Ermənistanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) ərazisi üzərində nəzarəti əldə etməsi, habelə muxtariyyət ətrafında yerləşən yeddi inzibati rayonu işğal etməsi nəticəsində yaranmışdır; hansı ki orada erməni əhalisi heç vaxt yaşamayıb. Münaqişə ucbatından bu rayonların infrastrukturu tamamilə dağılmış, bir milyona yaxın azərbaycanlı vətəndaş qaçqın və məcburi köçkünə çevrilmişdir.
1994-cü ildə atəşkəs haqqında saziş imzalayarkən Azərbaycan danışıqlar yolu ilə, ilk növbədə, qanunsuz işğal olunmuş ərazilərin azad edilməsinə nail olmaq, daha sonra isə Finlandiyanın Aland adaları və ya İtaliyanın cənub Tirol kimi Avropa muxtariyyətlərinin təcrübəsi əsasında Dağlıq Qarabağın region üçün ən məqbul və yüksək dərəcəli özünüidarəetmə statusunu müəyyənləşdirmək istəyirdi.
Lakin ATƏT-in Minsk qrupunun himayəsi ilə aparılan danışıqların gedişi göstərdi ki, Ermənistanda hərbi əməliyyatların yekunlarını qeyd-şərtsiz "qələbə", qondarma Dağlıq Qarabağın "müstəqilliyini" artıq baş vermiş fakt kimi qəbul edirlər. Məlum olduğu kimi, Minsk Qrupunun həmsədrləri (Rusiya, ABŞ, Fransa) sovet dövründə mövcud olan inzibati sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, lakin eyni zamanda Ermənistana təzyiq göstərmək cəhdlərinə qarşı çıxırlar.
Azərbaycanın heç vaxt ərazisinin bir hissəsinin özgəninkiləşdirilməsini və Dağlıq Qarabağdakı qondarma qurumun legitimliyini qəbul etməyəcəyini başa düşən Ermənistan danışıqlar çərçivəsində səylərini mövcud statsus-kvonun saxlanılmasına yönəldir.
Birincisi, Ermənistan münaqişəni erməni azlığı ilə Azərbaycan dövləti arasında yaşanan etnik qarşıdurma kimi təqdim edir. Lakin 1988 - ci ilin fevralından DQMV-nin Azərbaycandan qoparılması və Ermənistana birləşdirilməsi ilə başlanmış münaqişənin əsasında Miatsum (ermənilərin birləşməsi) ideyası dayanır. Bu proses 1989-cu ildə SSRİ Konstitusiyasına zidd olan "Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi haqqında" Ermənistan SSR Ali Sovetinin qərarı qəbul edildikdən sonra geridönməz xarakter aldı.
Yalnız SSRİ dağıldıqdan sonra Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozmaqda ittihamlardan qaçmağa çalışaraq Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsindən danışmağa başladı. Bu gün Ermənistan bu regionun müstəqilliyini rəsmən tanımasa da, beynəlxalq aləmdə Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş rejimi müstəqil qurum kimi təqdim etməyə çalışır.
İkincisi, Ermənistan BMT TŞ-nin Dağlıq Qarabağdan kənarda Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməyə çağıran dörd qətnaməsinin müddəalarına məhəl qoymayaraq, həmin ərazilərin bir hissəsini Azərbaycana regionun müstəqillik status ilə "dəyişdirməyi" qəbul etdirmək istəyir.
Üçüncüsü, Ermənistan status-kvonu "əbədiləşdirməyə" çalışaraq, Azərbaycan ərazilərinin işğalı ilə bağlı danışıqlar aparmaqdan boyun qaçırır, ATƏT-in Monitorinq imkanlarının genişləndirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ilə bağlı texniki məsələləri ön plana çıxarır.
Dördüncüsü, Qərbdəki çoxsaylı diasporun dəstəyi ilə Ermənistan öz barədə “qurban” obrazı yaradaraq və bu qondarma obrazdan istismar edərək, Dağlıq Qarabağ münaqişəsi ilə Osmanlı İmperiyası dövründə yaşanan 1915-ci il hadisələri arasında əsassız paralellər aparır və hətta bu gün erməni xalqının keçmiş məğlubiyyətlərinin özünəməxsus revanşı iddiası ilə əməllərinə bəraət qazandırmağa çalışır.
Bu yanaşmanın nəticəsidir ki, son zamanlar bir sıra Qərb ölkələrindəki erməni diasporuna mənsub radikallar dinc azərbaycanlı nümayişçilərə, həmçinin Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı təxribatlar törədirlər.
Ermənistandan fərqli olaraq, Azərbaycan dalandan çıxış yolunu qondarma status-kvonun "dondurulmasında" deyil, sonda Dağlıq Qarabağın statusuna aydınlıq gətirilməsini nəzərdə tutan "mərhələli" nizamlama variantında görür. Yalnız belə olacağı təqdirdə danışıqlar prosesi beynəlxalq zəmanətlərin verilməsi ilə Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyi qeyd-şərtsiz təmin oluna bilər və bölgənin nəqliyyat kommunikasiyalarının bərpası, azərbaycanlı əhalinin yaşayış yerlərinə qayıtması kimi məsələlərin addım-addım həllinə nail olmaq mümkündür.
Əgər Ermənistan sərt mövqedən - ya "müstəqillik status"u, ya da "status-kvonun qorunub saxlanması" mövqeyindən çəkilərsə, danışıqlar prosesi "mərhələli" həll variantı vasitəsilə dalandan çıxa bilər.
Təəssüf ki, bu dalandan çıxışın başqa alternativi Azərbaycanın maraqlı olmadığı yeni müharibələrdir. İki çıxış yolu arasında seçim etmək haqqı istənilən halda Ermənistanın üzərində qalır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar