Xəbər lenti
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
Rusiyanın Dağlıq Qarabağa “sülhməramlı” qoşunlarını yeritməsi bölgədə ciddi insidentə səbəb olub. Xüsusilə qardaş ölkə Türkiyənin bu məsələyə sərt reaksiya verdiyi sirr deyil. Ən əsası isə guya Azərbaycanla Ermənistan liderlərinin birgə imzaladığı bəyanata istinad edərək bu addımı atan Moskva özünü Dağlıq Qarabağda yeganə səlahiyyət sahibi kimi aparır. Halbuki, Dağlıq Qarabağ Azərbaycanın ərazi bütövlüyünə daxil olduğundan həmin ərazidə kimin sülhməramlı missiya yürüdə biləcəyini müəyyənləşdirmək də rəsmi Bakının ixtiyarındadır və ölkə başçısı İlham Əliyev çox açıq şəkildə sözügedən missiyanın iki dövlət - Türkiyə və Rusiya tərəfindən aparılacağını bildirmişdi. Son sözü Azərbaycan deyəcəyindən Rusiyanın da buna tabe olması lazımdır.
Moskvadan isə fərqli səslər gəlir. Gah Kremlin sözçüsü Dmitri Peskov, gah da Rusiya Xarici İşlər naziri Sergey Lavrov imzalanan sənəddə Türkiyənin belə bir səlahiyyətinin olmadığını vurğulayırlar. Moskvadan gələn ən təəccüblü səs isə əslən şuşalı Polad Bülbüloğölunun açıqlamaları oldu. Azərbaycanın Rusiyadakı səfiri, dolayısıyla Prezidentin Moskvadakı nümayəndəsi olan bu adam rəsmi Bakının yox, Kremlin dilindən danışdı. O, Rusiyanın RBK telekanalına müsahibəsində açıq şəkildə Qarabağda türk sülhməramlılarının olmayacağını vurğulayaraq, bir növ rəsmi Bakıya qarşı qiyam bayrağı qaldırdı.
“Türkiyə Rusiya ilə ortaq mərkəz çərçivəsində Dağlıq Qarabağdakı atəşkəs rejimi üzərində texniki nəzarətdə iştirak edəcək, bölgədə türk sülhməramlıları olmayacaq”,-Polad Bülbüloğlu açıqlamasında tam olaraq belə demişdi.
Səfir həmçinin keçirdiyi onlayn brifinqdə Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağın erməni əhalisinə mədəni muxtariyyət verilməsi imkanlarını nəzərdən keçirdiyini iddia edib. Halbuki, Prezident İlham Əliyev son çıxışında Dağlıq Qarabağa heç bir status verilməyəcəyini bildirmişdi.
Polad Bülbüloğlunun bu açıqlamalarına adekvat cavab isə Prezidentin köməkçisi Hikmət Haciyevdən gəlib. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri AZƏRTAC-a açıqlamasında deyib:
“Məsələnin mahiyyətinə varmadan Azərbaycanın Rusiyadakı səfirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı söylədikləri qəbuledilməzdir. Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri və digər rəsmi şəxsləri ölkənin rəsmi mövqeyinə və Prezident İlham Əliyevin yürütdüyü siyasətə zidd olan özbaşına açıqlamaların verilməsindən çəkinməlidirlər”.
Hikmət Hacıyev Polad Bülbüloğlunun Naxçıvanda təsadüfən vurulan və kim tərəfindən vurulduğu belə sual doğuran rus vertolyoru ilə əlaqədar bəyanatını da “yersiz” adlandıraraq deyib:
“Rusiya Federasiyası Silahlı Qüvvələrinə məxsus helikopterlə əlaqədar baş vermiş faciəvi hadisə ilə bağlı noyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Həmin gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müvafiq açıqlama ilə çıxış edib. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bu təsadüfi faciə ilə əlaqədar cinayət işi açılıb. Azərbaycanın və Rusiyanın Baş prokurorları arasında istintaqın gedişi ilə əlaqədar telefon danışığı olub. İstintaqın gedişi ilə bağlı qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir.
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin bu məsələ ilə bağlı verdiyi şərh yersizdir. Bu kimi hal Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə bilməz”.
Xatırladaq ki, Polad Bülbüloğlu bu hadisə ilə bağlı açıqlamasında deyib:
“Azərbaycan tərəfi ailələrə, dövlətə və ya hərbi idarəyə qaytarılması lazım olan bütün kompensasiyalara hazırdır. Amma təzminat məbləği hələ də müəyyənləşdirilməyib. Müharibədə hər şey ola bilər. Komissiya hələ də işləyir, hələ heç bir nəticə yoxdur. Helikopter axşam vaxtı aşağı hündürlükdə uçub, buna görə də radara düşməyib. Gənclər bundan səhv qərar çıxarıb”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar