Xəbər lenti

 

İran yaxın günlərdə öz hərbi qüvvələrini Ukraynada döyüşmək üçün göndərə bilər.

 

Ovqat.com xəbər verir ki, dünyanın tanınmış nəşrlərindən olan "World Crunch" xəbər saytı "İran Rusiyanın qələbəsi üçün niyə bu qədər tələsir?” sərlövhəli məqaləsində bu barədə yazıb.

 

Məqalənin tərcüməsini təqdim edirik.

 

İranın ali dini lideri Əli Xamanei keçən ay Rusiya prezidenti Vladimir Putini qarşılayanda qonağını əmin etdi ki, Moskva Ukraynanı işğal edərkən haqlı olub. Çünki o, bu hücumla özünü müdafiə edib. Tehranda çıxış edən Xamenei onu da deyib ki, “Qərblilər güclü və müstəqil Rusiyanın tamamilə əleyhinədirlər”. 

 

Dini lider, həmçinin NATO ittifaqını “təhlükəli varlıq” adlandırıb. O, NATO ilə bağlı əsassız iddialarla dolu çılğın nitqini davam etdirərək bildirib ki, Qərb hərbi ittifaqı “hüdud tanımır” və Putin ilk addımı atmasaydı, Ukrayna Krım bəhanəsi ilə “eyni müharibəni” başladacaqdı.

 

Ali Rəhbərin düşüncəsini əks etdirən Tehranın mühafizəkar “Kayhan” qəzetinin redaktoru Hüseyn Şəriətmədari Putinin səfərindən bir həftə sonra yazdığı redaksiya məqaləsində müharibənin “pərdə” arxasındakı reallıqlarından bəhs edən  “səmavi perspektiv”lərdən söz açıb. Redaktorun fikrincə, Xamanei Amerika bu müharibədə qalib gəlsə, İranın növbəti hədəfə çevriləcəyini bilir, buna görə də o, Rusiyanın Ukraynadakı “müqavimətini” İran rejiminin öz təhlükəsizliyi ilə bağlı məsələ kimi görür.

 

Beləliklə, o, Xamanei haqqında belə qənaətə gəlir: “Məntiqi və təbii olaraq o, Rusiyanı dəstəkləyir”.

 

Xameneinin xarici işlər üzrə müşaviri Əliəkbər Vilayəti də bu məsələyə aydınlıq gətirərək Çin və Rusiyanı İranın “əsl dostları” adlandıraraq deyib ki, onlar İslam Respublikası ilə birlikdə “Amerika və Qərb ekspansionizminə qarşı çıxan üç mühüm və müstəqil güc”dür. 

 

Görünür, o, artıq Sovet İttifaqı və ya Varşava Müqaviləsinin olmadığını və İranın inqilabi rejiminin 1979-cu ildə nə Şərqlə, nə də Qərblə birləşməyəcəyinə söz verdiyini unudub. Vilayəti, Xameneinin Rusiyanın Ukraynaya hücumu lehinə verdiyi bəyanatları da dəstəkləyib.

 

Dron bağlantısı

 

“Jahan News” saytı müşahidə edib ki, Ali Rəhbərin Ukrayna ilə bağlı mövqeyi və Rusiyaya pilotsuz təyyarələr vermək qərarı onun “(NATO) ittifaqına ağıllı müxalifliyi” ehtiyacından xəbərdar olduğunu göstərir və Xamanei NATO-nu bölgəsən uzaqlaşdıracaq “bütün təşəbbüsləri” dəstəkləyir. Eyni şərh İnqilab Mühafizəçilərinə tabe olan “Cavan” qəzetində də tirajlanıb.

 

Təəccüblü deyil ki, Putinin Tehrana səfərində əsas məqsədi İran rejimini öz müharibəsinə sürükləmək idiXamaneinin müharibəni dəstəkləməsi və İran mediasının onun bəyanatlarına qahmar çıxması da Tehranın növbəti addımları üçün müqəddimə ola bilər.

 

11 il əvvəl Suriyada prezident Bəşər Əsəd rejiminə qarşı üsyan başlayanda İslam Respublikası Əsədi dəstəkləmək üçün Suriyaya qoşun göndərdiyini əvvəlcə qəti şəkildə rədd etdi. İslam İnqilabı Keşikçiləri Korpusunun rəisi Hüseyn Salami bir neçə il sonra İranın Suriyaya “məsləhətçilər” göndərdiyini etiraf etdi və 2016-cı ilə qədər Xamanei Suriyanı İranın özünün “müdafiə dərinliyinin” bir hissəsi kimi qiymətləndirdi. Onun sözlərinə görə, İranın Suriyadakı mövcudluğu "dostları və...tərəfdarları” gücləndirmək üçündür: “İslam Respublikası Yaxın Şərqdəki dostları və fədailəri zəiflədəcək şəkildə hərəkət etməməliyik". Bu, Suriyada minlərlə insanın ölümünə haqq qazandırmaq üçün bir arqument idi və bu ölkəyə "Məbədin Müdafiəçiləri" adlandırılan daha çox saylı qoşun birliyi göndərməsinə səbəb oldu.

 

"Yaxın Şərqin NATO-su"

 

Bu cür hərəkətlər Vaşinqtonu Körfəzdəki sünnilərin rejimləri bir ətrafda toplayan “Yaxın Şərq NATO-su”nun yaradılmasına dair İbrahim Razılaşması üzərində işləməyə vadar etdi. Xamenei 2015-ci ildə demişdi ki, İslam Respublikası Suriyada döyüşməsəydi, “düşmənlə... burada, Kirmanşahda, Həmədanda və digər vilayətlərdə onları dayandırmaq üçün döyüşməli olacaqdı!” Bu məsələdə İranın düşməni qismində şiə müsəlmanlarına açıq-aşkar nifrəti olan İslam Dövləti və ya İŞİD çıxış edəcəkdi.

 

Oxşar arqumentlər hazırda Ukrayna ilə bağlı da istifadə olunur: O, İslam Respublikası üçün “irəli müdafiə” mövqeyinə çevrilib və Putin həqiqətən də İslam İranının daxil olduğu cəbhənin müdafiəsi üçün döyüşür! Xamaneinin ardıcılları üçün Ukrayna “İslam Respublikasının NATO-ya qarşı strateji dərinliyi”dir. Onlar Tehrandakı digər qonağı: NATO üzvü olan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanı unudurlarmı?

 

Ukraynada hər kəsin bildiyi qədər şiə ziyarətgahları yoxdur, lakin Tehran hakimiyyəti “məsləhətçilərin” təqdim etdiyi teoloji əsaslandırmanı ortaya çıxaranda təəccüblənməyin, ola bilsin ki, onları oraya göndərməyə razı salsınlar.

 

Tərcümə etdi: Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 6 335          Tarix: 9-08-2022, 21:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma