Kamal Əliyev
“Sülh” Araşdırmaları İnstitunun rəhbəri, politoloq
Aylar öncə yazmışdım ki, Rusiyanın Ukraynada başlatdığı işğal hərəkatı növbəti etaplarda Avropa İttifaqı ölkələrinin ərazisinə də sıçraya bilər. Və yaxud Ukraynadakı qanlı müharibə bir müddət sonra Rusiya və NATO arasında “isti” qarşıdurmaya qədəm qoya bilər. Nəhayət, dünən Polşanın Lublin bölgəsindəki bir kəndə düşən iki rus raketi 3 nəfərin ölümü ilə nəticələndi.
Ümumiyyətlə, Polşa Ukraynaya Qərb silah-sürsatının daşınmasında logistika xətti rolu oynayır. Bundan əlavə, Ukrayna tərəfindən döyüşən əcnəbi döyüşçülər də Polşa marşurutundan istifadə edərək Ukraynada döyüşlərə qatılırlar. Ruslar uzun müddətdir Ukraynada döyüşən əcnəbi döyüşçülərin daha çox polşalılar olduqlarını deyirdilər. Maraqlı detal budur ki, Rusiya Müdafiə Nazirliyi Polşa ərazisinə düşən rus raketlərinin “planlı təxribat” olduğunu bəyan edir. Lakin insan tələfatına yol açan raketlərin Rusiya istehsalı olduğu müəyyən edilib. Polşaya hücumla Rusiya demək istəyir ki, hələ müharibənin qanlı dövrü qarşıdadır və hazır olun. Polşa hökuməti də bu arada Təhlükəsizlik Şurasının iclaslasını çağırıb və NATO qərərgahı ilə koordinasiyalı fəaliyyət göstərməkdədirlır.
Göründüyü kimi, müharibə yavaş-yavaş Avropanın içərilərinə doğru yayılmaqdadır. Yadınıza salım ki, İkinci Dünya müharibəsi də Polşadan start götürmüşdü. Yeri gəlmişkən, Kremlə yaxın media nümayəndələrindən olan Marqarita Simonyan belə yazıb: “Axşamınız xeyir, 1962-ci il”. Təbii ki, Simonyan bu yazı ilə 1962-ci ildəki SSRİ və ABŞ arasında “Karib böhranı”na təmas edib. Bundan əlavə,M.Simonyan yazıb: “Əgır bu, qəsdlə edilən bir provakasiya deyilsə, o zaman yaxşı bir xəbər var. NATO ölkəsi elə pis qorunur ki, kimsə onu qəza nəticəsində hər hansı bir şeylə əzilə bilər və aliyans onun kimlə və nə ilə döyüldüyünü bilməyəcək”.
Simonyanın yazdıqları açıq-aşkar təhdiddir.
Bir müddət əvvəl ABŞ prezidenti Co Bayden də belə demişdi ki, əgər Ukraynadakı proseslər belə davam edərsə, Kuba Raket Böhranından bu yana ilk dəfə nüvə silahından istifadə edilməsi təhlükəsi var. C.Bayden demişdi ki, 1962-ci il Karib böhranından sonra “Harmageddon” təhlükəsi ilə qarşı-qarşıya qala bilərik.
Belə demək mümkünsə, Ukraynadakı müharibə Avropaya sıçraya bilər. Bu, həmişə ciddi təhdiddir və qoca qitə üçün ağır nəticələrə gətirib çıxara bilər.
Paylaş: