Xəbər lenti

Aprelin 13-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Amerika Birləşmiş Ştatlarının bayrağı videoproyeksiya olunub.
Bununla Azərbaycanın koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə həmrəyliyi nümayiş olunub.
Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərər çəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi COVİD-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.
İndiyədək koronavirus xəstəliyinin geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə və Böyük Britaniyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub. \\Teleqraf.com




Ana səhifəyə qayıt        Baxış: 2 240          Tarix: 13-04-2020, 23:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma