Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
Qəzza böhranı davam edir. İsraillə Fələstin arasında başlanan münaqişədə hər iki ölkəyə beynəlxalq aləmdən ciddi dəstək göstərilir. Dünya dövlətləri bu məsələdə iki hissəyə ayrılıblar.
Qardaş Türkiyə hər zaman olduğu kimi, indi də birmənalı şəkildə Fələstinin yanındadır. Azərbaycan isə II Qarabağ savaşında birmənalı şəkildə yanımızda dayanan, Türkiyə və Pakistandan sonra bizə ən çox dəstək verən, silahlar satan İsraillə müsəlman Fələstinin heç birinin tərəfini tutmur, məsələyə sülh prizmasından yanaşır. Əlbəttə, Azərbaycanın soyuqqanlı yanaşması təbiidir və anlaşılandır.
Rəsmi Bakının təmkinli davranışını bəziləri Türkiyənin maraqları ilə uzlaşmayan siyasət kimi qələmə verir. Hətta bu cür fikirlər ortaya atanlar da var ki, bu, Türkiyənin incikliyinə səbəb ola bilər, yaxud olur. Ancaq siyasilər bunun doğru düşüncə olmadığını deyir.
Əhəd Məmmədli: “Azərbaycan Fələstinə həmişə haqlı mübarizəsində dəstək verib”
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bu iddianı mənasız sayır: “Bütün məsələlər kimi Fələstin məsələsində də Türkiyə və Azərbaycan məsləhətləşir və buna uyğun addımlarını atırlar. Ona görə də düşünmürəm ki, Türkiyə ilə hansısa bir inciklik var. Azərbaycanın Fələstini açıq şəkildə müdafiə etməsi lazım olsa, rəsmi Bakı bunu edər. Zatən Azərbaycan Fələstinə həmişə haqlı mübarizəsində dəstək verib. İndi də bu məsələdə Azərbaycan üçün heç nə dəyişməyib.
Sadəcə, Türkiyənin sosial şəbəkə seqmentində bəzi azərbaycanlıların israilyönümlü mövqeyi anlaşılmazlıqla qəbul edilir. Türkiyədə də sosial seqmentin dövlətə necə təsir etməsi hamımıza məlumdur. Ona görə yaxşı olar ki, əsasən də ictimai şəxslərimiz İsrail fanatlığını bir az azaltsınlar. Çünki bizə hər bir məsələdə qardaş, dost olan Türkiyə və Pakistanın da biz hər məsələdə yanında olmalıyıq. Qardaşlar arasında belə dostluq, müttəfiqlik qarşılıqlı olmalıdır. Qarşılıqsız heç nə olmur".
Elxan Şahinoğlu: “Ərdoğan praqmatik siyasətçidir, heç zaman Azərbaycandan tələb etməz ki, siz İsrailə qarşı mövqe ortalığa qoyun”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyənin Azərbaycandan mövqe qoymağı tələb etmədiyini qeyd etdi: “İsrail-Fələstin arasında gərginlik artır. Türkiyə bu mövzuya daha çox həssaslıqla yanaşır. Bu da anlaşılandır. Çünki qardaş ölkə türk və İslam dünyasının liderlərindən biridir. Türkiyənin keçmişdə Osmanlı imperiyası olub. İndi gərginlik olan həmin bölgələr bu imperiyanın tərkibində olub. Ona görə rəsmi Ankara məsələyə həssas yanaşır. Amma biz də BMT-də Fələstinlə bağlı bütün qətnamələrə dəstək vermişik. Lakin indiki şəraitdə durub İsrail əleyhinə bəyanat verməyimiz doğru olmaz. Çünki bu ölkə tərəfdaşımızdır, bizə silah satıb, neftimizi alır. Müharibə günlərində İsrailin hərtərəfli dəstəyini gördük. Bu cür faktlar ortalıqda varkən, Türkiyə kimi açıq mövqe nümayiş etdirə bilmərik. Məsələnin digər tərəfi də odur ki, Türkiyənin özü bizdən tələb etmir ki, İsrailə qarşı sərt mövqe ortalığa qoyaq. Rəcəb Tayyib Ərdoğan praqmatik siyasətçidir. O, heç zaman Azərbaycandan tələb etməz ki, siz İsrailə qarşı mövqe ortalığa qoyun. Ona qalsa, Türkiyə-İsrail arasında siyasi münasibətlər gərgin olsa da, ticarət əlaqələri yüksək səviyyədədir. Onun üçün də Ərdoğan bizdən mövqe ortaya qoymağı tələb etməz. Çünki Azərbaycanın durumu ağırlaşa bilər. Bunu da Ərdoğan heç zaman istəməz. Türkiyədən fərqli olaraq biz kiçik dövlətik. Bu məsələlərdə ehtiyatlı mövqe tuturuq. Buna baxmayaraq, bir daha xatırlatmağı vacib bilirəm ki, Fələstinlə bağlı BMT qətnamələrini dəstəkləyirik. Bu siyasətimizi də davam etdiririk”.
Toğrul İsmayıl: “Əsas məsələ odur ki, Azərbaycan və Türkiyənin rəsmi mövqeləri üst-üstə düşür”
Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl bu məsələdə iki qardaş ölkənin mövqelərinin üst-üstə düşdüyünü bildirdi: “Bunlar boş və mümkünsüz söhbətdir. Heç bu barədə danışmağa da dəyməz. Əsas məsələ odur ki, Azərbaycan və Türkiyənin rəsmi mövqeləri üst-üstə düşür. Biriləri başqa cür görüntü yaratmağa çalışırlar. Buna inanmaq mümkün deyil. Azərbaycan Prezidentinin çıxışları, mövqeləri var. Türkiyə-Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olmasından məmnun olmayan qüvvələr mövcuddur. Onlar belə demoqogiya aparırlar. Belə bir şey görmürəm. Münasibətlər yüksək səviyyədə davam edir. Hərə bir söz danışır. Burada işin mənəvi tərəfləri də çoxdur. Ramazan ayında müsəlmanlara qarşı bu cür hallar baş verdi. Cəmiyyətlər isə belə məsələlərdə həssasdır. Ərəblərə saldırı oldu və bu cür hadisələr yaşandı. Burada beynəlxalq hüquq da əsasdır və Azərbaycan ondan çıxış edir”.(musavat.com)
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar