Xəbər lenti

ABŞ Dövlət katibi Antoni Blinken Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə administrasiyanın planı olduğunu qeyd edib.

Bununla bağlı Antoni Blinken CBS telekanalına müsahibəsində bildirib.

Həmçinin qeyd olunub ki, hazırda Vaşinqton bütün diqqətini Ukrayna ətrafındakı vəziyyətin genişlənməməsinə yönəldib.

O, bu istiqamətdə atılacaq konkret addımlar barədə ətraflı məlumat verməyib.

“Nəticələrin nə olacağı ilə bağlı ətraflı danışmayacam. Nüvə silahından istənilən istifadə təbii ki, fəlakətə səbəb olacaq. Bu, ondan istifadə edən ölkə üçün, həm də başqa ölkələr üçün xoşagəlməz nəticələrə gətirib çıxaracaq”, - deyə dövlət katibi vurğulayıb.

Blinken həmçinin qeyd edib ki, ABŞ administrasiyası Rusiya rəsmilərinə nüvə silahına dair məsuliyyətsiz bəyanatlarına son vermələrini bildirib.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 2 945          Tarix: 26-09-2022, 11:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma