Xəbər lenti
 
 
Ukrayna-Rusiya arasında qaz mübahisəsi davam edir.
 
Ovqat.com-un məlumatına görə, bir müddət əvvəl ABŞ-la Almaniya rəhbərlərinin əldə etdiyi razılaşmaya əsasən, “Şimal axını-2” layihəsinin çəkilişi müəyyən şərtlərlə həyata keçiriləcək
 
Əsas şərtlər isə bunlardır:
 
  • Ukraynanın qaz operatoru “Naftoqaz”la Rusiyanın qaz tədarükçüsü “Qazprom” arasında bağlanan və 2024-cü ildə yürürlülük müddəti bitən saziş daha 10 il müddətində uzadılacaq. Dolayısıyla, “Şimal axını-2” kəməri çəkilsə belə, Rusiya Ukrayna üzərindən qaz nəqlini ən azı 10 il ərzində dayandırmayacaq;
 
  • Rusiya qazdan “strateji silah” kimi istifadə etməyəcək, əks halda Almaniya ona qarşı sərt sanksiyalara start verəcək;
 
  • İki ölkə birlikdə Ukraynada ekoloji cəhətdən təmiz enerji təsisatlarının qurulmasına 1 milyard dollara yaxın vəsait ayıracaq və s.
 
ABŞ-la Almaniya arasında əldə olunan razılaşma əslində nə Ukraynanı, nə də Rusiyanı qane etmşdi. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “rus qazının Ukrayna üzərindən tranzitinin 2024-cü ildən sonra uzadılmasını təmin etmək barədə Almaniyanın öhdəlik götürməsini təəccüblə qarşılamış”, bu ölkənin Vaşinqtondakı səfiri Anatoliy Antonov “ABŞ və Almaniyanın Rusiya üçün ritorikasının qəbuledilməz olduğunu” vurğulamışdı. Ukrayna isə “Şimal axını-2” layihəsinə müxalifliyini bu razılaşmadan sonra da davam etdirmişdi. 
 
Daha “Qazprom” Ukrayna üzərindən qaz nəqli barədə öz təklifini irəli sürmüşdü: Kiyev Rusiyanın təklif etdiyi qiymətlə ondan qaz almalıdır. Ukrayna rəsmiləri isə bu təklifi yaxına buraxmamışdılar. 
 
"Naftogaz Ukrayna" QSC-nin rəhbəri Yuriy Vitrenko, "Qazprom" un Kiyev üçün Rusiya qazının alınması müqabilində onun ərazisindən tranzitin davamı təkliflərinin qəbuledilməz olduğunu söyləmişdi.
 
Əvvəla, “Qazprom” sədri Aleksey Millerin təklifi Putinin əvvəlki bəyanatları ilə eyniyyət təşkil edir… Ruslar israrla öz qazlarını bazar qiymətindən xeyli yüksək bir qiymətə aldığımızı istəyirlər. Bu isə Ukraynanın rus qazı idxalına tranzit üçün aldığından orta hesabla 5 milyard dollar çox vəsait ödəməsi deməkdir”.
 
Dünən “Qazprom”-un İdarə Heyətinin sədri Aleksey Miller yenidən bu məsələnin üzərinə qayıdıb və Ukraynaya Rusiya qazını almağı təklif etmədiklərini bildirib. 
 
Ukraynanın “Naftoqaz” İdarə Heyətinin sədri Yuriy Vitrenkonun açıqlaması ilə tanış olduq. Nəzərə alın ki, heç kim Ukraynaya Rusiya qazını almağı təklif etməyib. Biz 2024-cü ildən sonra Aİ ölkələrinin şirkətləri tərəfindən yeni qaz müqavilələri üzrə Rusiya qazının alınmasının yeni həcmlərinə uyğun olaraq Ukrayna ərazisindən keçən tranzit imkanlarından danışırıq. Bununla yanaşı, bizi Avropa İttifaqının iqtisadiyyatının dekarbonizasiyası məsələsi də düşündürür", – deyə o, məlumatda bildirilir.
 
Göründüyü kimi, ABŞ-la Almaniya “Şimal axını-2” layihəsinin tamamlanması barədə ümumi razılığa gəlsələr də, Kiyevlə Moskva arasında müzakirələrin hələ çox su aparacağı ortadadır.



Ana səhifəyə qayıt        Baxış: 5 087          Tarix: 25-07-2021, 12:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma