Xəbər lenti


Noyabrın 13-də AzərTAc “Dünyada ötən sutka ərzində koronavirusa yoluxanların sayı 515 mindən çox olub” adlı bir xəbər paylaşıb. 
Xəbərdə belə bir cümlə var: “Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (47,8 milyon), Hindistan (34,4 milyon), Braziliya (21,9 milyon), Böyük Britaniya (9,4 milyon), Rusiya (8,9 milyon), Türkiyə (8,3 milyon) və Fransada (7,2 milyon) qeydə alınıb”.

Yəni burada konkret rəqəmlərlə göstərilir ki, Rusiya yoluxmaların sayına görə dünyada 5-ci yerdədir. 

APA isə bir gün sonra, yəni noyabrın 14-də “Rusiyada son sutkada koronavirusdan 1219 nəfər ölüb” adlı xəbər paylaşıb. Xəbərin axırıncı cümləsi belədir: “Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ və Böyük Britaniyadan sonra üçüncü yerdə gəlir”. Sual olunur: bəs  Hindistan (34,4 milyon), Braziliya (21,9 milyon)?!

Daha bir maraqlı məqam. “Report” noyabrın 13-də “Rusiyada koronavirusdan ölüm rekordu qeydə alınıb” adlı xəbər paylaşıb. Xəbərdə deyilir: “Rusiyada ötən 24 saat ərzində koronavirusdan daha 1 241 nəfər ölüb, bununla da dünyasını dəyişənlərin sayı 254 167 nəfərə çatıb.
...koronavirusla mübarizə ilə bağlı yeni əməliyyat qərargahının açıqlamasına görə, bu, pandemiya başlayandan bu yana ən yüksək gündəlik ölüm sayıdır”.

APA-nın yuxarıda haqqında danışdığımız və bir gün sonra yaydığı xəbərində isə deyilir: “APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi xəbərə görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 070 674 nəfərə çatıb.

Son sutka ərzində 1219 nəfərin koronavirusdan öldüyü bildirilib. Bu, pandemiya dövründə ölüm halında maksimum göstəricidir”. Belə çıxır ki, 1219 1 241-dən çoxdur?

Məsələ sizin üçün tam aydın olsun deyə, həmin yazıları foto-fakt kimi də təqdim edirik Oxuyun və özünüz deyin: indi zavallı oxucu bu saytların, bu xəbərlərin və ya rəqəmlərin hansına inansın?!

Senzor.az





Ana səhifəyə qayıt        Baxış: 3 203          Tarix: 15-11-2021, 11:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma