Xəbər lenti

İran xarici işlər naziri Abbas Araqçi İsmayıl Bəqayini Nazirliyin İctimai Diplomatiya Mərkəzinin rəhbəri və sözçüsü vəzifəsinə təyin edib.APA bildirir ki, bu barədə İran XİN məlumat yayıb.

Bildirilib ki, Bəqayi bundan əvvəl xarici işlər nazirinin köməkçisi vəzifəsində çalışıb.

O, həmçinin İranın BMT-nin Cenevrə bölməsindəki səfiri və daimi nümayəndəsi, XİN-in hüquq şöbəsinin müdiri, ölkəsinin BMT-dəki nümayəndəsi vəzifələrində fəaliyyət göstərib.

Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəyə Naser Kənani rəhbərlik edirdi.




Ana səhifəyə qayıt        Baxış: 2 942          Tarix: Dünən, 23:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma